Menu

Cəzaçəkmə müəssisələrində buraxılış imtahanları keçirilib

06.06.2015, 13:57
Cəzaçəkmə müəssisələrində buraxılış imtahanları keçirilib

Bakıdakı cəzaçəkmə müəssisələrində buraxılış imtahanları keçirilib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Penitensiar xidmətin tabeliyindəki 1, 2, 7, 10, 11 saylı cəzaçəkmə müəssisələrində və Tərbiyə müəssisəsində fəaliyyət göstərən xüsusi ümumtəhsil məktəblərində Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən 2014-2015 tədris ilinin yekunları ilə bağlı buraxılış imtahanları keçirilib.

Həmin müəssisələrdə fəaliyyət göstərən Təhsil Nazirliyinin 2, 20, 45, 82, 103 və 115 saylı xüsusi ümumtəhsil məktəblərinin 9 və 12-ci sinif şagirdlərinin şəhadətnamə və attestatlara layiq görülmələri məqsədilə əldə etdikləri bilikləri nümayiş etdiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol