Menu

“Gürcüstan regional mərkəzə çevrilir...” - Baş nazir

06.06.2015, 15:09
“Gürcüstan regional mərkəzə çevrilir...” - Baş nazir

Gürcüstan təbii regional mərkəz rolunun inamlı şəkildə özünə qaytarmaqdadır. Musavat.com gürcü informasiya qaynağına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib.

Baş nazir əmindir ki, yeni Bakı-Tiflis-Qars dəmiryolunun işə düşməsi, Anakliyada dərin sulu limanın inşası və tarixi “İpək yolu”nun bərpası ölkənin tranzit əhəmiyyətini bir az da artıracaq.

“İpək yolu”nun böyük potensialını sübut edən fakt həm də budur ki, 2015-ci ildə Çindən yük qatarı cəmi 9 günə Gürcüstana çatıb. Halbuki, əvvəllər bina 45 gün lazım olurdu”, - deyə diplomatlar, biznesmenlər və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdə baş nazir qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol