Menu

HƏMAS terror təşkilatları siyahısından çıxarıldı

06.06.2015, 16:44
HƏMAS terror təşkilatları siyahısından çıxarıldı

Misir məhkəməsi Fələstin hərəkatı olan HƏMƏS-i terror təşkilatlarının qara siyahısından çıxarıb. Musavat.com-un məlumatına görə, bu barədə “France Presss” Agentliyi öz twitter səhifəsində məlumat yayıb.

Xatırladaq ki, məhkəmə HƏMAS-ı “qara sihayı”ya bu ilin fevralında salmışdı.

Fələstin hərəkatı Misirdəki “Müsəlman qardaşları” ilə əməkdaşlıq edir. 2013-cü ilin yayında qanuni prezident Məhəmməd Mursi hərbi xunta tərəfindən devriləndən sonra “Müsəlman qardaşları” terrorçu təşkilatlar siyahısına salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol