[caption id="attachment_125724" align="alignleft" width="300"] arxiv foto[/caption]
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Qaradağ rayonunda döyüş sursatı aşkarlanıb.
Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aşkarlanmış sursata baxış keçirilib.
Müəyyən olunub ki, bu, istifadəyə yararlı olan 2 ədəd trotil qutusudur. Aşkar edilmiş hərbi sursatlar aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.


Şərhlər