Menu

Kadırovun qabırğasını sındırdılar

07.06.2015, 17:43
Kadırovun qabırğasını sındırdılar

Çeçenistan prezidenti Ramzan Kadırovun boks üzrə məşqlər zamanı qabırğasını sındırablar. Oxu.az xəbər verir ki, Kadırov bu barədə öz instaqramm səhifəsində yazıb.

“Ötən həftə məşqlər zamanı mən bir neçə güclü zərbə aldım. Zərbələr o qədər yaxşı və dəqiq idi ki, mənim 4-cü qabırğam 2 yerdən sınıb”.

Qeyd edək ki, Kadırovun hər iki məşq tərəfdaşı çeçen xüsusi təyinatlısıdır. Lakin Çeçenistan prezidenti onlardan hansının ona zərər yetirdiyi açıqlamır.

“Heç nəyə baxmayaraq yenə məşq edin”, - Kadırov çağırış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol