Menu

Rəcəb Təyyib Erdoğan səs verdi - VİDEO

07.06.2015, 18:08
Rəcəb Təyyib Erdoğan səs verdi - VİDEO

Türkiyə prezidenti həyat yoldaşı Əminə Erdağanla birlikdə səsverməyə gəlib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan də keçirilən səsverməyə qatılıb. Anspress-in məlumatına görə, Türkiyə rəhbəri səsverməyə həyat yoldaşı Əminə Erdağanla birlikdə gəlib.

Recep Tayyip Erdoğan bildirib ki, bu onun prezidentlik dövründə ilk səsverməsidir. Ölkə rəhbəri seçkilərdə böyük aktivliyin müşahidə olunduğunu bildirib.

"İlk öncə arzu edirəm ki, ölkəmiz üçün xeyirli-uğurlu olsun. Səsverməyə gələnlərin sayı hər dəqiqə çoxalır. Türk milləti səsvermədə çox aktiv iştirak edir. Millətimə təşəkkür edirəm! Bu səsvermə bir daha Türkiyə demokratiyanın güclü olduğunu təsdiqləyir. Səsvermənin nəticələrini İstanbuldan izləyəcəyəm", - deyə Recep Tayyip Erdoğan bildirib.

Qeyd edək ki, bu gün Türkiyə Cümhuriyyətində parlament seçkisi keçiriləcək. Ölkə daxilində 53 milyon 765 min 231 seçici yerli vaxtla saat 08.00-dən 17.00-yə (Bakı vaxtıyla 10.00 – 19.00) məntəqələrdə səs verməyə başlayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol