Menu

Türkiyədəki seçkilər dünya mətbuatında

07.06.2015, 18:52
Türkiyədəki seçkilər dünya mətbuatında

Dünya mətbuatı Türkiyədəki parlament seçkilərini yaxından izləyir. Musavat.com-un məlumatına görə, müxtəlif ölkələrin mətbuatı demək olar ki seçki haqqında eyni fikirləri səsləndiriblər.

“Reuters” yazır: “Türklər bazar günü prezident Rəcəb Tayyib Ərdoğanın ya daha çox güc toplamasına kömək edəcək, ya da AKP-nin 12 illik tək pariya sistemini sona çatdıracaq. 10 ilin ən çəkişməli parlament seçkiləri üçün səsvermə başladı”. Qəzet daha sonra qeyd edir ki, Diyarbəkirdə baş verən partlayış HDP-yə diqqəti artırıb.

Fransanın xəbər agentliyi “AFP” isə seçki xəbərlərini Diyarbəkirdə baş verən partlayışın kölgəsində verib. Agentlik yazır: “Türkiyə bazar günü prezident Ərdoğanın ölkə üstündə daha artıq hakimiyyət qurub-qurmamasını müəyyənləşdirəcək”.

“Associated Press” yazıb: “Türkiyə Ərdoğanın konstitusiyanı dəyişib-dəyişməyəcəyinə səs verir. Bu seçki türklər üçün böyük əhəmiyyət kəsb edir”.

BBC xəbərlər buraxılışında qeyd edib ki, Türkiyə iqtidar partiyasının konstitusiyanı dəyişib-dəyişməyəcəyini müəyyənləşdirəcək parlament seçkiləri üçün səs verir: "Türkiyə prezidenti Ərdoğan Türkiyəni prezident sisteminə keçirmək üçün lazimi çoxluğu axtarır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol