Menu

Türkiyədə koalisiya hökuməti ssenariləri: böhran yaşanacağı istisna olunmur

08.06.2015, 09:22
Türkiyədə koalisiya hökuməti ssenariləri: böhran yaşanacağı istisna olunmur

Türkiyədə hökumət böhranının yaşanacağı istisna olunmur

Türkiyə Böyük Millət Məclisində (TBMM) bir partiyanın tək başına hökumət qura bilməsi üçün ümumi millət vəkili sayı olan 550-nin yarısından 1 artıq (276) millət vəkilinə sahib olması lazımdır. Anspress-in məlumatına görə, bu təqdirdə bəzi hökumət ssenariləri bu cür ola bilər:

1-ci ssenari: Ədalət və İnkişaf Partiyası (AKP) 276 millət vəkili ilə tək başına hökumət qurar.

Xalqların Demokratiya Partiyasının (HDP) barajı keçdiyi nəzərə alınarsa bir partiyanın tək başına hökumət qurması üçün 45% səs yığması lazımdır. Bu rəqəmə ən yaxın görünən partiya AKP-dir. AKP 45% səs toplaya bilsə yeni hökuməti özü qura bilər. Amma sayılan səsə baxdığımız zaman bu o qədər də mümkün görünmür.

2-ci ssenari: AKP azlıq hökuməti qurar:

Millət vəkili sayı 276-dan az olan AKP partiyalardan birinin dəstəyi ilə azlıq hökuməti qurar. Sabiq kommunikasiya və nəqliyyat naziri, prezident Rəcəb Tayyib Ərdoğanın müşaviri Binali Yıldırım seçkidən əvvəl bu ehtimalı səsləndirmişdi.

3-cü ssenari: AKP – MHP koalisiya hökuməti:

AKP və Milliyətçi Hərəkat Partiyasının (MHP) millət vəkili sayı koalisiya hökuməti quraraq TBMM-nin dəstəyini almaq üçün kifayət edir. Başda baş nazir Əhməd Davudoğlu olmaqla AKP üzvləri seçki kampaniyası vaxtı CHP və HDP-yə qarşı kəskin, amma MHP-yə qarşı yumşaq üslub nümayiş etdiriblər. Hətta Davudoğlu MHP sədri Dövlət Baxçalının məmləkəti olan Osmaniyədə mitinq keçirərkən iştirakçıların Baxçalıya qarşı şüar səsləndirməsinin qarşısını almışdı.

4-cü ssenari: AKP – CHP koalisiya hökuməti:

AKP-nin anamüxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) ilə koalisiya hökuməti qurmaq ehtimalıdır. CHP lideri Kamal Kılıçdaroğlu seçki kampaniyası müddətində bu ehtimalı kəskin şəkildə qəbul etməyib.

5-ci ssenari: AKP – HDP koalisiya hökuməti:

AKP-nin separatçı kürdlərin dəstəklədiyi Xalqın Demokratiya Partiyası (HDP) ilə koalisiya hökuməti qurması gözlənilən olsa da HDP-nin həmsədri Səlahəddin Demirtaş seşki kampaniyası vaxtı AKP ilə hər hansı şəkildə əməkdaşlıq etməyəcəklərini açıqlayıb.

6-cı ssenari: CHP – MHP – HDP koalisiya hökuməti:

AKP-nin tək başına hökumət qura bilməyəcəyi parlamentdə bu 3 partiya koalisiya hökuməti quracaq gücə sahib olacaq. Amma MHP ilə HDP-nin belə bir koalisiyada birləşmələri mümkün kimi görünmür.

7-ci ssenari: HDP-nin dəstəyi ilə qurulacaq CHP – MHP koalisiya hökuməti:

CHP və MHP-nin mövcud millət vəkili sayı ilə koalisiya hökuməti quraraq TBMM-nin dəstəyini alması mümkün görünmür. İki partiyanın təxminən 220 millət vəkili olacaq. CHP və MHP-nin koalisiyası ancaq azlıq hökuməti ola bilər. AKP və ya HDP-nin yardımı ilə CHP – MHP azlıq hökuməti TBMM-nin dəstəyini ala bilər.

Bu nəticələrə görə Türkiyəni qarşıdakı günlərdə hökumətin qurulması istiqamətində çətin günlərin gözlədiyini deyə bilərik.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol