Menu

Bakıda polis əməkdaşı qəza törətdi: ölən və yaralanan var

08.06.2015, 10:35
Bakıda polis əməkdaşı qəza törətdi: ölən və yaralanan var

Azərbaycan paytaxtında polis əməkdaşı yol-nəqliyyat hadisəsi törədib. APA-nın məlumatına görə, hadisə Bakının Mərdəkan-Buzovna şosesində qeydə alınıb. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı, 1993-cü il təvəllüdlü Oqtay Rəhimov idarə etdiyi “Hyundai İX 35” markalı avtomobili aşırıb. Nəticədə sürücü və maşında olan sərnişin, 1992-ci il təvəllüdlü Maqsud Zeynalov xəstəxanaya aparılıblar. Yaralılardan M. Zeynalov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol