Menu

Bakıda avtobus yenə də yük maşını ilə toqquşdu: yaralı var

08.06.2015, 18:54
Bakıda avtobus yenə də yük maşını ilə toqquşdu: yaralı var

Hadisə paytaxtın Qaradağ rayonunda baş verib

Bakıda daha bir avtobus qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan məlumata əsasən hadisə Bakı şəhəri, Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, “Mercedes” markalı yük avtomobililə “Daewoo” markalı sərnişin avtobusu toqquşub. Nəticədə avtomobillər deformasiyaya uğrayıb.

“Mercedes” markalı avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol