Menu

"Üzülmək yox, sevinmək lazımdır, maskalar cırılır..." - Aslan İsmayılov

08.01.2014, 13:22
"Üzülmək yox, sevinmək lazımdır, maskalar cırılır..." - Aslan İsmayılov

Tanınmış vəkil, ictimai xadim Aslan İsmayılov Müsavat partiyasının Milli Şuranı tərk etməsinə münasibət bildirib. Daha doğrusu, Müsavatın bu qırarından üzülənlərə çağırış edib. A.İsmayılov yazır:

"Musavatla Milli Şura davasından üzülən dostlara, xüsusən gənclərə sözüm; bu hadisədən üzülmək yox, sevinmək lazımdır. Maskalar cırılır, müxalifətçiliyi biznesə çevirənlərin, bu günki durumda az qala hakimiyyət qədər suçu olan, minlərlə sadə vətəndaşların həyatını, ümidlərini puç eləyənlərin, insanların azadlığa, demokratiyaya olan məhəbbətini nifrətə çevirənlərin əsl sifətləri görünməyə başlayır. Əksinə sevinin, birləşin, yarısovet təfəkkürlülərə yox, özünüzə güvənərək Vətənimizə layiq cəmiyyət qurun! Dəqiq bilin, intriqabazlıqla, oyunbazlıqla, ikiüzlülüklə, yaxınlarına, silahdaşlarınıza xəyanətlə yox, ancaq ləyaqətlə, ətrafdakılarla sayğı və məhəbbətlə, saflıqla, səmimiliklə, dürüstlüklə uğur qazanmaq olar."

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol