Menu

Türkiyədə andiçmənin vaxtı bəlli oldu

08.06.2015, 22:32
Türkiyədə andiçmənin vaxtı bəlli oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökümətin qurulması üçün baş nazir Əhməd Davudoğluna tapşırıq verib. “Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, seçkilərdə ən çox səs toplayan hakim partiya AKP yeni höküməti 45 gün ərzində qurmalıdır. Bu hökümətin qurulması prosesi millət vəkillərinin andiçmə mərasimindən sonra baş tutacaq.

Seçkilərdə qalib gələn deputatlar Türkiyə Böyük Millət Məclisində (TBMM) qeydiyyatdan keçəcəklər.

Andiçmə mərasimi cümə günü, saat 15:00-da reallaşacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol