Tariflər minimum 10, maksimum 1100 manat təşkil edir
Azərbaycanın aptek şəbəkələrində eyni adlı dərmanların vahid qiymətə satılması məsələsi son vaxtlar cəmiyyəti maraqlandıran aktual məsələlərdəndir. Artıq hökumət bu yeniliyin tətbiqi üçün əməli tədbirlərə start verib. Belə ki, iyunun 3-də Nazirlər Kabinetinin qərarı ilə “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edildi. Ötən gün isə Azərbaycan Tarif (qiymət) Şurasının iclasında “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat” və bəyannamə formaları təsdiq edildi.
Təlimat özündə dövlət qeydiyyatına alınmış dərman vasitələri üçün bazis qiymətlərin müəyyən edilməsi, həmin dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin hesablanması üsullarını ehtiva edir.
Qiymət tənzimlənməsi məqsədilə təsdiq edilmiş bəyannamə formaları dərman vasitələrinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslər tərəfindən doldurularaq, 2015-ci il 9 iyun tarixindən etibarən müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyinə təqdim olunmalıdır.
Məlumat üçün bildirək ki, Azərbaycanın aptek şəbəkəsinə çıxarılmamışdan əvvəl dərmanlar ixtisaslaşdırılmış ekspertizaya cəlb edilir və bundan sonra dövlət qeydiyyatına alınır. Bu proses isə Səhiyyə Nazirliyinin Dərman vasitələrinin Analitik Ekspertiza Mərkəzi tərəfindən həyata keçirilir. Bəs dərman vasitələrinin və maddələrinin ixtisaslaşdırılmış ekspertizaya cəlb edilməsi, dövlət qeydiyyatına almması xidmətlərinin tarifləri nə qədərdir?
Beləliklə, “a24.az”a istinadən dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatına alınması xidmətlərinin tariflərini təqdim edirik:
|
№ |
Xidmətin növü |
Ölçü vahidi |
Tariflər qruplar üzrə (manatla, ƏDV-siz) |
||||
|
Farma-koloji |
İmmuno -bioloji |
Homeo – patik |
Bitki və təbii mineral mənşəli |
||||
|
1. |
Dərman vasitələrinin və maddələrinin ekspertizası: |
||||||
|
1.1. |
Orijinal dərman vasitəsi və dərman vasitələrinin yeni kombinasiyaları |
1 dəfə |
1100 |
590 |
500 |
590 |
|
|
1.2. |
Generik dərman vasitəsi |
“—“ |
840 |
440 |
360 |
420 |
|
|
1.3. |
Orijinal dərman maddəsi |
“—“ |
250 |
150 |
80 |
170 |
|
|
1.4. |
Generik dərman maddəsi |
“—“ |
130 |
110 |
50 |
80 |
|
|
2. |
Dərman vasitələrinin və maddələrinin təkrar ekspertizası: |
||||||
|
2.1. |
Dərman vasitəsi |
“—“ |
550 |
290 |
250 |
290 |
|
|
2.2. |
Dərman maddəsi |
“—“ |
120 |
70 |
40 |
80 |
|
II. Ölkəyə idxal olunan dərman preparatlarının ekspertizasının tarifləri
|
№ |
Xidmətin növü |
Ölçü vahidi |
Tariflər (manatla, ƏDV-siz) |
|
1. |
Bitki mənşəli |
1 ekspertiza |
10,0 |
|
2. |
Inyeksiya |
1 ekspertiza |
30,0 |
|
3. |
Kapsul |
1 ekspertiza |
12,0 |
|
4. |
Həb |
1 ekspertiza |
12,0 |
|
5. |
Məhlul |
1 ekspertiza |
14,0 |
|
6. |
Məlhəm |
1 ekspertiza |
26,0 |
|
7. |
Şam |
1 ekspertiza |
24,0 |
|
8. |
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Holoqramı (15 ml) |
10 ədəd |
0,15 |


Şərhlər