Menu

"G7 Yaponiyanın «Kuril planları»na anlaqla yanaşır"

09.06.2015, 12:27
"G7 Yaponiyanın «Kuril planları»na anlaqla yanaşır"

Xarici KİV-in məlumatına görə, Yaponiya hökumətinin Baş katibi Yosixide Suqa bəyan edib ki, G7 dövlətlərinin liderləri Rusiya ilə birbaşa dialoqun inkişaf etdirilməsi məsələsinə yönəlik Yaponiyanın Baş naziri Sindzo Abenin mövqeyinə anlaqla yanaşıblar (Rsbalt).

Suqa fikrini belə ifadə edib: «Baş tutmuş indiki sammitdə baş nazirimiz Rusiya və Yaponiya arasında «şimal əraziləri» (Yaponiyada Kuril adalarının cənub hissəsi belə adlandırılır) məsələsinin həll olunması istiqamətində birbaşa dialoqun vacibliyi barədə öz mövqeyini açıqlayıb. Bu da (digər ölkələrin liderləri tərəfindən) anlaqla qarşılanıb...».

G7 sammiti iyunun 7-8-də Bavariyada (Almaniya) keçirilib. Tədbirdə Almaniya, ABŞ, Kanada, Fransa, İtaliya, Yaponiya və Böyük Britaniya iştirak edib. Bu birliyə 1998-ci ildə qəbul olunmuş Rusiya 2014-cü ildə tədbirlərdə iştirakdan kənarlaşdırılıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol