Menu

UEFA "Barselona"dan medalları geri istəyir

09.06.2015, 22:12
UEFA "Barselona"dan medalları geri istəyir

UEFA Çempionlar Liqasının qalibi olan “Barselona”dan medalları geri istəyib.

ANS PRESS-in məlumatına görə, qitə futbol qurumu kataloniya klubunun heyətində 1 dəqiqə olsun belə meydana çıxmayan 4 futbolçunun – qapıçılar Klaudio Bravo, Xordo Masip və müdafiəçilər Tomas Vermalenlə Duqlas Pereyranın medallarının qaytarılmasını istəyib.

Buna səbəb UEFA-nın qaydalarıdır. Yeni qaydaya əsasən ÇL-i qazanan komandanın heyətində yalnız turnir boyu iştirak edən futbolçulara medal düşür. Heyətdə heç vaxt yer almayanlar isə medalları özlərində saxlaya bilməzlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol