Menu

Tiflisdə NATO-nun məşq mərkəzi açılacaq - Baş Qərargah rəisi

09.06.2015, 23:31
Tiflisdə NATO-nun məşq mərkəzi açılacaq - Baş Qərargah rəisi

Xarici KİV-in yaydığı məlumata görə, Gürcüstanın Vaziani hərbi bazasında NATO ölkələri və həmkarlarının hərbi qulluqçularının hazırlıq keçəcəyi məşq mərkəzi təxminən, cari ilin sonuna qədər açılacaq. Bu barədə Gürcüstan Silahlı qüvvələri Baş Qərargah rəisi Vaxtanq Kapanadze məlumat verib (Rosbalt).

Onun çıxışından sitat gətirən «Qruziya Online» yazır: «Bu istiqamət üzrə biz, çox fəal şəkildə əməkdaşlıq edirik. Müdafiə nazirliyində artıq ofis də ayrılıb ki, burada məhz həmin məsələlər işlənib hazırlanacaq...».

Kapanadze əmin olduğunu bildirib ki, məşq mərkəzi NATO-nun Gürcüstanda ən uğurlu layihəsi olacaq.

Bundan əvvəl NATO Baş katibinin müavini Aleksandr Verşbou bəyan etmişdi ki, Gürcüstanda məşq mərkəzi 2015-ci ilin sonuna qədər fəaliyyətə başlayacaq.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol