Menu

BVF Beynəlxalq Bankdan şəffaflıq tələb edir

10.06.2015, 09:36
BVF Beynəlxalq Bankdan şəffaflıq tələb edir

"Əgər hökumət onun payını azaltmasa, maliyyə sektoru böyük risklə üzləşə bilər"

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan Beynəlxalq Bankının (ABB) şəffaf şəkildə özəlləşdirilməsinə yol açmaq məqsədilə bankın beynəlxalq miqyasda qəbul edilmiş prinsiplərə uyğun yenidən strukturlaşdırılmasını təklif edir.

Bu barədə Trend-ə BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi deyib.

Qeyd edək ki, ABB-nin kapitalında dövlətin iştirak payı 51,07 faizdir.

O bildirib ki, hazırda Azərbaycanın maliyyə sektorunda digər prioritetlərdən biri ABB-nin ölkənin bank sektorunda həcminin kiçildilməsidir: "Əgər hökumət onun payını azaltmasa, maliyyə sektoru böyük risklə üzləşə bilər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol