Menu

Ermənilər cəbhədə yanğın törətdi

10.06.2015, 10:41
Ermənilər cəbhədə yanğın törətdi

Ermənistan silahlı qüvvələri bu gecədən başlayaraq yenidən işğal olunan Azərbaycan torpaqlarına od vurublar

Ermənistan tərəfi cəbhə xəttində təxribatlar törətməyə davam edir. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, qarşı tərəf işğal altındakı ərazilərdə yenidən yanğınlar törədib.

Təmas xəttini keçən alov yaşayış məntəqələrinə yaxınlaşıb. Cəbhəyanı kəndlərin sakinərindən əldə etdiyimiz məlumata görə, yanğın nəticəsindən minalanmış ərazilərdə bir neçə partayış səsi də eşidiib.

Alov cəbhəyanı kəndlərin qəbristanığına keçib. Mirəşelli və Çıraqlı kəndlərinin qəbristanlığı gecə saatlarında alov içində qalıb.

Yanğının əkin sahələrinə keçməməsi üçün aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülüb.

Gecə saatlarında neytrallaşdırılan yanğın səhərə yaxın söndürülüb. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, son günlər ermənilər cəbhə ərazisində ard-arda yanğınlar törədirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol