Menu

Yozef Blatterin xələfi kim olacaq?

10.06.2015, 12:16
Yozef Blatterin xələfi kim olacaq?

FİFA prezidentliyinə növbədəkənar seçkinin vaxtı məlum olub. Trend-in BBC-yə istinadən yaydığı xəbərə görə, bu tədbir 2016-cl ilin dekabrın 16-da İsveçrənin Sürix şəhərində keçiriləcək.

Səsvermədə FİFA üzvü olan 209 federasiyanın rəhbəri iştirak edəcək.

Qeyd edək ki, məlum korrupsiya qalmaqalından sonra FİFA-nın hazırkı prezidenti Yozef Blatter vəzifəsindən istefa verib. O, quruma yeni rəhbər seçilənə qədər vəzifəsini icra edəcək.

Hələlik qarşıdakı seçkidə İordaniya şahzadəsi Əli bin Əl-Hüsseyn iştirak edəcəyini açıqlayıb. O, ötən ay baş tutan seçkidə Blatterin rəqibi olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol