Menu

Azərbaycanlı səfirlə vida görüşü keçirildi

10.06.2015, 12:30
Azərbaycanlı səfirlə vida görüşü keçirildi

Ukrayna xarici işlər nazirinin birinci müavini səfir Eynulla Mədətliyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Ukraynada diplomatik missiyasının başa çatması ilə əlaqədar Ukrayna xarici işlər nazirinin birinci müavini Nataliya Qalibarenko ilə vida görüşü keçirib.

Səfirlikdən anspress-ə verilən məlumata görə, nazirin birinci müavini Azərbaycan və Ukrayna arasında ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkür edib. Nataliya Qalibarenko səfir Eynulla Mədətliyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Ukrayna xarici işlər nazirliyi rəhbərliyinə göstərilmiş əməkdaşlığa görə minnətdarlığını bildirib.

Ukraynaya sülh və əmin-amanlıq arzulayıb, bu gözəl ölkəni daim xoş təəssüratla xatırlayacağını deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol