Uraaa! Erməni gəldi, erməni gəldi...
Daha heç bir probleminiz qalmadı, ey erməni qohumları, erməni dostları! Bundan sonra nə etmək fikrindəsiniz?
Günün ermənilərlə bağlı «nəhs xronikası»nı izlədikcə, yuxarıdakı fikir mənə rahatlıq vermir. Düşünürəm - görəsən, YAP hökuməti bu ölkəni hara aparır?
Şübhə etmirəm ki, «erməni məlumatları»nı ard-arda düzüb oxusa, təmiz qanlı hər bir vətəndaşımız mənim kimi düşünər. Odur ki, günün xəbərlərini sapa düzüb, insanlarımızı düşünməyə çağırıram...
Birinci xəbər
Təbii ki, cəbhədəki vəziyyət barədədir. KİV-lərimiz məlumat verirlər: «Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 85 dəfə pozub (Daha bunun harası atəşkəs oldu, yahu?! - M.A.).Ermənistan Respublikasının Berd rayonunun Ayqepar, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam kəndlərində... yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüsan, Tərtər rayonunun Çiləbürt, Çaylı, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şıxlar, Baş Qərvənd, Kəngərli, Xocavənd rayonunun Kuropatkino... yerləşən mövqelərdən də Azərbaycan silahlı qüvvələrinin mövqeləri atəşə tutulub. DÜŞMƏN CAVAB ATƏŞİ İLƏ SUSDURULUB (seçmə mənimdir - M.A.)». Diqqət edin - DÜŞMƏN!
İkinci xəbər
Bu xəbəri də ANSpress yayıb. Deyilir: «Ermənistan silahlı qüvvələri bu gecədən başlayaraq, işğal olunmuş Azərbaycan torpaqlarına YENİDƏN OD VURUB (seçmə mənimdir - M.A.)... Təmas xəttini keçən alov yaşayış məntəqələrinə yaxınlaşıb. Cəbhəyanı kəndlərin sakinlərindən əldə etdiyimiz məlumata görə, yanğın nəticəsində minalanmış ərazilərdə bir neçə partlayış səsi də eşidilib. ALOV CƏBHƏYANI KƏNDLƏRİN QƏBRİSTANLIĞINA KEÇİB (seçmə mənimdir - M.A.)... Qeyd edək ki, son günlər ermənilər cəbhə ərazisində ard-arda yanğınlar törədirlər». Görünüyü kimi, erməni dirilərimizi öldürür, ölülərimizi də YANDIRIR!
İlk iki xəbəri «dövrəyə ardıcıl birləşdirsək», səsi belə çıxar: DÜŞMƏN YANDIRIR!
Üçüncü xəbər
Bu xəbəri də ANSpress yaydı. Xəbərdə deyilir: «Birinci Avropa Oyunlarının rəsmi saytı Bakıya gələcək erməni idmançıların siyahısını dərc edib... ». Siyahıda 18 «Hay»ın (biri harsın, 17 isə dığa) adı var. Siyahıda diqqətimi çəkən bir mətləbi hörmətli oxucularla bölüşmək isiəyirəm. Belə ki, Bakıya «xoş gəlmiş» erməni «dəstəsi»nin iki üzvünün atıcılıq idman növü üzrə «vuruşacağı» bildirilir. Yəni ki, Azərbaycanın paytaxtına «zəfər çalmaq» arzusu ilə gəlmiş erməninin ikisi spayperdir. Stop! İndi kim zəmanət verə bilər ki, həmin iki nəfər cəbhə bölgəsində növbə çəkərək, əsgərlərimizi güllələyn snayperlər deyillər?!
Belə çıxr ki, YAP hökuməti, Azad Rəhimovun şəxsində, onları Bakıya gətirib, əlinə tüfəng verəcək və... birdən, işdi-şayət, həmin ermənilər tüfəngin lüləsini bizim «qoyun sürüsü»nə tərəf çevirdi və bir neçə məsum «qoyunumuz»u güllələyib, müharibədə Azərbaycan əsgərinin gülləsi ilə murdar olmuş soydaşlarının intiqamını almaq fikrinə düşdü?! Belədə, əli tüfəngli həmin ermənilərin qarşısına kim çıxacaq? Bəlkə, Azad Rəhimov və ya «dejurnıy» YAPist Siyavuş Novruzov?
Dördüncü xəbər
ANSpress bu gün lap «rekord vurur». Bu xəbəri də «vicdanlı və qərəzsiz» həmkarlarımız yayıb. Xəbər belə başlıqla təqdim olunur: «Erməni idmançılar Bakıya gəldi». Bircə, «ura»sı çatmır və güman ki, erməni «dost»lar arenaya çıxarkən «ura»nı da Azad Rəhimov qışqıracaq! Hələlik, Azad müəllimin göstərişi ilə onları Azərbaycanın paytaxtında salınmış «atletlər kəndi»nə aparıblar...
Qarabağ müharibəsi göstərdi ki, ermənilər kəndlərimizi, şəhərlərimizi xüsusi ustalıqla yandırıb məhv edir və bundan hədsiz zövq alırlar. Məsələn, Ağdamın xarabalıqlarının yayılan şəkilləri belə deməyə əsas verir. İndi fikirləşirəm və xeyl narahatlıq keçirirəm ki, birdən bu ermənilər gecənin bir vaxtı durub Azad Rəhimovun «atletlər kəndi»nə od vurdular, onda necə olacaq?!
Yayılan məlumatlarda bildirilir ki, ermənilər Bakıya idman eləməyə - yarışmağa gəliblər. Belədə, təbiidir ki, onlar da yarışlarda qalib gəlməyə can atacaqlar. Birdən, işdi-şayət, onlardan biri və ya bir neçəsi yarışların qalibi oldu və qələbəsinin şərəfinə Ermənistanının himni səsləndirildi - onda nə olacaq? Azərbaycan xalqı düşmən ölkənin himninin sədaları altında «sərxoş olub yuxuya gedəcək, yoxsa gizlənmək üçün deşik axtaracaq»?! Ermənilər öz himnini Dağlıq və Aran Qarabağda hər gün səsləndirirlər. İndi də Azərbaycanın baş kəndində səsləndirib, xalqımızı tam məğlubiyyətə uğradacaqlar?
Nə deyəsən, kimə deyəsən? Lap «sərsəm, sərsəm, sərsəm dünya»dır ki, qismətimizə yazıdıb. Əlimdən nə gəlir ki?..
Sıravi YAP-çılara bir ismarıcım da var - bu rüsvayçılığı heç vaxt YAP hökumətinə bağışlamayacam!!! Sizlər necə?..
Mirzə AĞ
AzPolitika.info


Şərhlər