Odessa vilayətinin Belqrad rayonunda bu yaxınlarda S-300 zenit-raket kompleksləri yerləşdiriləcək. Musavat.com-un xarici KİV-ə istinadla verdiyi xəbərə görə, müvafiq qərarı Ukraynanın Müdafiə Nazirliyi qəbul edib.
Hərbi idarədən bildirilib ki, komplekslər ölkənin separatçı Dnestryanı bölgə ilə həmsərhəd olan cənub nahiyəsinin müdafiəsini təmin eləməlidir.
Mənbə onu da qeyd edir ki, yerləşdirilən komplekslər təzə deyil, onlar təmir edilib və “Ukroboronprom”un sifarişi əsasında qismən modernləşdirilib.
Qeyd edək ki, Mixail Saakaşvili Odessa vilayətinə təzəcə qubernator təyin edilib. İstisna deyil ki, Müdafiə Nazirliyinin son qərarı həm də onun təhlükəsizliyini gücləndirmək və müvafiq islahatlara əlverişli zəmin hazırlamaq niyyəti güdür.


Şərhlər