Nəsrullah bildirib ki, silahlılar Livan sərhəddində yox olana qədər İŞİD-lə mübarizə davam edəcək
Hizbullah təşkilatı ilə İŞİD silahıları arasında qızğın döyüşlər başlayıb. Anspress-in məlumatına görə, bu barədə Hizbullahın lideri Həsən Nəsrullah açıqlama verib. Nəsrullah bildirib ki, İŞİD terrorçularının Bekaa rayonunun Baalbek ərazisindəki Hizbullah hədəflərinə hücum etnəsindən sonra tərəflər arasında insident başlayıb: “İŞİD-in Baalbek bölgəsində Hizbullaha aid hədəflərə hücum etməsindən sonra qızğın döyüşlər başlayıb. Cəsarətlə döyüşən Hizbullah qüvvələri onlarla İŞİD silahlısını məhv edib, onlarlasını da yaralayıb”.
Paytaxt Beyrutda keçirilən konfransda çıxış edən Nəsrullah bildirib ki, silahlılar Livan sərhəddində yox olana qədər İŞİD-lə mübarizə davam edəcək: “Döyüşçülərimiz Kalamun bölgəsində Nüsra cəbhəsinə qarşı uğurlar əldə edib. Livanın Arsal şəhəri sərhəddindəki bölgədə də irəliləmə qət edilib”.


Şərhlər