Ölkənin şərqindki döyüşlərdə 2 Ukrayna əsgəri və 3 dinc sakin həlak olub. Ukraynanın şərqində baş verən ayrı-ayrı insidentlərdə 2 Ukrayna əsgəri və 3 dinc sakin həlak olub. Anspress-in məlumatıhna görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Lısenko xəbər verib.
Onun sözlərinə görə, son gün ərzində rusiyapərəst separatçıların hücumu nəticəsində 2 əsgər ölüb, daha 13 nəfər isə yaralanıb.
Andrey Lısenko separatçıların ağır silahlardan istifadə etdiyini qeyd edib.
Separatçıların komandanı Eduard Basurin isə Ukrayna ordusunun Qorlivka şəhərini atəşə tutuması nəticəsində 3 qadının öldüyünü bildirib.
ATƏT-in müşahidəçilər missiyası hər iki tərəfi atəşkəs rejimini pozmaqda günahlandırır.
Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6400-dən çox adam ölüb.


Şərhlər