Menu

Avropa Qara dənizdəki Rusiya gəmilərindən narahatlıq keçirir - BƏYANNAMƏ

12.06.2015, 00:11
Avropa Qara dənizdəki Rusiya gəmilərindən narahatlıq keçirir - BƏYANNAMƏ

Xarici KİV-lərin yaydığı məlumata görə, Avropa parlamenti (AP) Rusiyanın Qara dəniz hövzəsində hərbi iştirakını artırmasından narahatlıq keçirir və belə silahlanmanın təhlükəni yüksəltdiyi barədə xəbərdarlıq edir. Bu barədə, Kırmın Rusiyaya birləşdirilməsindən sonra Qara dəniz hövzəsində yaranmış strateji hərbi vəziyyət barədə AP-nin bəyannaməsində söhbət açılır (Rosbalt).

Sənəddə deyilir: «Avroparlament, Qara dəniz hövzəsində Rusiyanın hazırkı müdafiə və hücum təyinatlı hərbi fəaliyyətini artırmasından və Rusiya Qara dəniz donanmasının planlaşdırılmış genişləndirmə və modernləşdirmə işlərindən (buraya 6 yeni müasir dizel mühərrikli sualtı qayıq və 6 yeni freqat daxildir) dərin narahatlıq hissi keçirir. Avroparlament eyni zamanda xatırladır ki, hərbi-hava qüvvələri hücum vasitələrinin yerləşdirilməsi və Krımın hərbi infrastrukturunun modernləşdirilməsi Rusiyanın hərbi-hücum qabiliyyətini yüksəldir, həm də onun öz hökmünü öz ərazilərindən kənarda bərqərar etmək qabiliyyətini artırır...».

Avroparlament həm də hesab edir ki, Qara dəniz hövzəsində geostrateji landşaftın dəyişməsi və hərbi vəziyyətin inkişaf etməsi «soyuq müharibə»dən sonra ilk dəfə geniş və sistemli problemlərin mövcudluğundan xəbər verir.

«Avropa İttifaqı və üzv dövlətlər, bu problemlərə qarşı cavab imkanlarına malik olmalı, özünün xarici siyasətinə və təhlükəsizlik siyasətinə yenidən baxmalı və bütün bunlar Avropa təhlükəsizlik strategiyasında, dəniz təhlükəsizliyi strategiyasında və Avropa İttifaqının Qara dəniz strategiyasında öz əksini tapmalı olduğunu qeyd edir; Avropa İttifaqının şərq sərhədlərində, o cümlədən Rumıniya, Polşa və Baltik ölkələri ilə sərhədlərdə Rusiya tərəfindən təzyiqin artırılmasından, deməli, ciddi təhlükədən narahatlıq hissi keçirir...» - sənəddə deyilir.

Avropa parlamentində həm də hesab edirlər ki, NATO hərbi gəmilərinin yaxınlığında Rusiya qırıcı təyyarələrinin uçuşları və Qara dənizdəki kəşfiyyat platformaları «Rusiyanın Qara dəniz hövzəsindəki aqressiv mövqeyini əks etdirən aydın siqnallardır...».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol