Menu

Bu ölkədə 1 ABŞ dollarının yerli pula nisbətdə məzənnəsi 35 000 000 000 000 000 oldu

12.06.2015, 09:16
Bu ölkədə 1 ABŞ dollarının yerli pula nisbətdə məzənnəsi 35 000 000 000 000 000 oldu

Zimbabve hakimiyyəti milli valyutanı tam ləğv etmək qərarına gəlib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, iyunun 15-dən başlayaraq zimbabvelilər banklardakı əmanətlərini ABŞ dollarına dəyişmək imkanı əldə edəcək.

Qeyd edək ki, 1 ABŞ dollarının yerli valyutaya - Zimbabve dollarına nisbətdə məzənnəsi 35 kvadrillion (35 000 000 000 000 000) səviyyəsində müəyyən edilib.

Xatırladaq ki, 2008-ci ildə ölkədə baş vermiş hiperinflasiya nəticəsində yerli valyutanın məzənnəsi 500 mlrd faiz aşağı düşüb.

2009-cu ildə yerli valyutanın istifadəsinə qadağa qoyulduğundan dövriyyəyə ABŞ dolları və Cənubi Afrika Respublikası rendi daxil olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol