Menu

Səddam Hüseynin ən yaxın adamının cəsədi oğurlandı

12.06.2015, 09:43
Səddam Hüseynin ən yaxın adamının cəsədi oğurlandı

Naməlum silahlı qrup İraqın sabiq xarici işlər nazirinin cəsədini qaçırıb

Bir neçə gün əvvəl vəfat edən və dəfn olunmaq üçün İordaniyanın paytaxtı Əmmana aparılması planlaşdırılan Tariq Əzizin cəsədi Bağdad beynəlxalq aeroportunda oğurlanıb. Anspress-in “Əlcəzirə”yə istinadən verdiyi məlumata görə, xəbəri doğrulayan Tariq Əzizin qızı Zeynəb Əziz təyyarənin yola düşməsinə bir neçə dəqiqə qalmış atasının cəsədinin naməlum silahlı qrup tərəfindən qaçırıldığını bildirib. Xəbər İordaniya aviaşirkəti “Royal Jordanian” tərəfindən də təsdiqlənib. Belə ki, şirkət rəsmiləri İraqdan gələn son təyyarədə Tariq Əzizizin cəsədinin olmadığını bildiriblər.

Qeyd edək ki, Səddam Hüseyn rejiminin xarici işlər naziri olan 79 yaşlı Tariq Əziz iyunun 5-də “Nasiriyyə” həbsxanasında infark keçirərək xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol