ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəsi Samantha Power, Rusiyaya qarşı sanksiyaların, Krımın yenidən Ukraynaya birləşdirilənə qədər davam edəcəyini bildirib.
Danışıqlar aparmaq üçün Ukraynanın paytaxtı Kiyevə səfər edən Power, bir iclas salonunda xalqa müraciət edib.
Krımın qanunsuz ilhaqının Rusiyaya sanksiyaların tətbiqinə səbəb olduğunu və bu sanksiyaların Rusiyanın Ukraynanın torpaqlarını işğal etdiyi müddətdə davam edəcəyini vurğulayan Power, Ukraynanın şərqindəki böhranın həll olunmasına səy göstərilməsinə baxmayaraq, BMT-nin Krımın qanunsuz ilhaqını heç vaxt unutmayacağını qeyd edib. /"marja"


Şərhlər