Menu

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Bakıya gəldi

12.06.2015, 11:58
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Bakıya gəldi

BOK prezidentini Beynəlxalq Hava Limanında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qarşılayıb

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti (BOK) Tomas Bax Azərbaycana gəlib.

ANS PRESS-in məlumatına görə, BOK prezidenti Bakıya həyat yoldaşı Klaudia ilə birlikdə gəlib.

Beynəlxalq Olimpiya Komitəsinin prezidentini və xanımını Beynəlxalq Hava Limanında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Bakı 2015 Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin nümayəndələri qarşılayıb.

Tomas Bax Bakı Olimpiya Stadionunda keçiriləcək I Avropa Oyunlarının Açılış Mərasimində iştirak etmək üçün Azərbaycana gəlib.

Xatırladaq ki, Bakı 2015 I Avropa Oyunları 12-28 iyun tarixlərində keçiriləcək. Yarışlarda 50 Avropa ölkəsindən 6 mindən çox idmançı mübarizə aparacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol