Menu

Nəqliyyat Nazirliyinin keçmiş əməkdaşı sensasion video yaydı

12.06.2015, 20:51
Nəqliyyat Nazirliyinin keçmiş əməkdaşı sensasion video yaydı

Bakının “Atletlər kəndi”ndə avtobusun avstriyalı idmançıların üstünə çıxmasını əks etdirən videokadrlar sosial şəbəkələrin Azərbaycan seqmentində sözün əsl mənasında partlayış və şok effekti yaratdı.

Virtualaz.org saytı xəbər verir ki, başda hüquqşünas Mehman Muradlı olmaqla ictimai qrup bu gün səhər yayılan bu videokadrların kim tərəfindən ictimailəşdirildiyini, Avropa Oyunları ərəfəsində bu informasiya təxribatının kimlər tərəfindən təşkil edildiyini aydınlaşdırmaq məqsədilə araşdırma aparıb. Çünki gizli kamera ilə çəkilmiş bu kadrlar cəmiyyətdə anlaşılmazlıq yaradıb.

Qrupun araşdırmasının nəticələri göstərib ki, bu qalmaqallı video “News Azerbaijan” kanalında yerləşdirilib. “News Azerbaijan” isə Nəqliyyat Nazirliyinin keçmiş əməkdaşı, həmçinin nəqliyyat nazirinin oğlunun yaxın dostu Elnur Baimova məxsusdur.

Təhqiqatı aparan ictimai qrup güman edir ki, həmin videokadrlar Elnur Baimova Nəqliyyat Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol