Bu gün Azərbaycanda olduğu kimi şimal qonşumuz Rusiya da bayram ovqatındadır. Rusiya 23 il əvvəl ölkənin Sovet İttifaqından ayrılaraq müstəqilliyinin elan olunmasını bayram edir.
ANS TV-nin Moskva bürosunun məlumatına görə, Rusiyada hər il 12 iyun müstəqillik günü mənasına gələn Rusiya Günü olaraq qeyd olunur. Bu il bu tarixin cümə gününə rastlaması vətəndaşlara 3 günlük bayram tətili sevinci yaşatdı.
Paytaxt sakinlərinin əksəriyyəti bayram tətilini fürsət bilərək şəhrkənarı bağların yolunu tutarkən şəhərdə qalanlar isə parklara axın etdi. Gün boyu “Parklarda birlikdə oxuyuruq” adlı konsert proqramlarının keçirildiyi Moksvada ümümilikdə 220 bayram tədbiri baş tutdu.
“Ancaq bunu bilirəm ki, Rusiya Günü rəsmi dövlət bayramımızdır. Ona görə bu gün bu bayramı geyd etmək üçün parka gəldim. Hava da çox gözəldir. Ona görə axşamadək burada əylənib dondurma yeməyi düşünürəm” ,- deyə Moskva sakini Qriqoriy Anisimov bildirib.
Moskvada bayram şənlikləri gece saatlarında atəşfəşanlıqla başa çatacaq.


Şərhlər