Menu

Güləşçimiz Avropa Oyunlarında ilk qarşılaşmasında qələbə qazandı

13.06.2015, 11:03
Güləşçimiz Avropa Oyunlarında ilk qarşılaşmasında qələbə qazandı

Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə təmsilçimiz Orxan Nuriyev ilk qarşılaşmasında qələbə qazanıb. Trend xəbər verir ki, “Bakı-2015”in proqramına əsasən, yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparır. 98 kq çəki dərəcəsində 1/8 finalda İsveç güləşçisi Teodoros Tunusidis ilə qarşılaşan təmsilçimiz Orxan Nuriyev rəqibini 4:1 hesabl ilə məğlub edib.

Yunan-Roma güləşçi üzrə yarışların ilk günündə daha 3 idmançımız da mübarizə aparacaq.

Qeyd edək ki, Avropa Oyunları çərçivəsində güləş yarışları iyunun 13-dən 18-dək Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol