Menu

"Bu, mümkün deyil" - Azad Rəhimov

13.06.2015, 11:15
"Bu, mümkün deyil" - Azad Rəhimov

"Tam mәsuliyyәtlә deyirik ki, Bakıda Rusiya vә Ukrayna vәtәndaşları arasında toqquşma olmayıb". APA-nın mәlumatına görә, bu sözlәri gәnclәr vә idman naziri Azad Rәhimov iki ölkənin idmançıları arasında Bakıda dava baş verməsi barədə məlumatlara münasibәt bildirәrkәn deyib.

Nazir bunun şayiә olduğunu bildirib: "Mәn də bu barədə eşitdim. Әvvәl dedilәr, Atlerlәr Kәndindә olub, sonra yemәkxanada baş verdiyi deyildi. Sonra isә küçәdә... Lakin bu mümkün deyil. I Avropa Oyunları böyük dostluğun vә sülhün idman bayramıdır. Ukrayna vә Rusiya tәrәfi dә bәyan etdi ki, belә hal olmayıb. Biz mәsәlәni sona kimi araşdırmışıq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol