Türkiyənin saxta erməni soyqırım məsələsi ilə bağlı siyasəti heç bir halda dəyişməyib. Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Tanju Bilqiç bildirib.
O, “erməni genosidi” ifadəsi ilk dəfə olaraq işlətmiş ölkələrdən səfirləri geri çağırdıqlarını və diplomatların tezliklə həmin ölkələrə qayıtmayacağını qeyd edib.
Xatırladaq ki, rəsmi Ankara göstərilən səbəbdən, Vatikandan, Avstriyadan, Lüksemburqdan və Braziliyadan öz diplomatik nümayəndəsini geri çağırıb.


Şərhlər