Menu

Avropa Oyunlarında karateçilərimizdən ikinci qızıl medal

13.06.2015, 19:26
Avropa Oyunlarında karateçilərimizdən ikinci qızıl medal

Rafael Ağayev final qarşılaşmasında italyan idmançısı Luiqi Busa 1-0 hesabı ilə qalib gəldi

“Karatemizin Maradonası” təxəllüslü idmançımız Rəfael Ağayev 75 kq çəki dərəcəsində qızıl medal qazanıb. Lent.az-ın məlumatına görə, o, final qarşılaşmasında italyan idmançısı Luiqi Busa qarşılaşıb. Görüş 1-0 hesabı ilə həmyerlimizin xeyrinə başa çatıb.

Qeyd edək ki, ilk görüşdə ukraynalı İlya Nikulinə 3-0 hesabi ilə qalib gəlib. R. Ağayev ikinci görüşdə türkiyəli idmançı Erman Eltemuru ilə qarşılaşıb. Həmyerlimiz bu qarşılaşmada 3-5 hesabı ilə məğlub olub. Qrupun sonuncu qarşılaşmasılnda Latviyanı təmsil edən Ruslan Sadıqovla qarşılaşan idmançımız 3-1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Rafael Ağayev yarımfinal yarışmasında alman Bitsch Noahla qüvvəsini sınayıb. Görüş 1-0 hesabı ilə idmançımızın xeyrinə başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol