Menu

Rusiyada kasıblıq artır!

13.06.2015, 21:29
Rusiyada kasıblıq artır!

Ölkədə hər 6 nəfərdən biri kasıblıq həddindən aşağıda qərar tutub...

Rusiya KİV-nin yaydığı məlumata görə, Rusiyada gəlirləri yaşayış minimumundan aşağı olan insanların sayı durmadan artır (Rosbalt).

«Rosstat»ın hesabatında deyilir ki, cari ilin birinci rübündə gəlirləri yaşayış minimumundan aşağı olan vətəndaşların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 milyon nəfər artaraq, 22,9 milyon nəfərə yüksəlib!

Bu zaman, 2015-ci ilin yanvar-mart aylarında ölkədə kasıblığın səviyyəsi ötən illə müqayisədə (13,8 faiz) artaraq, 15,9 faizə çatıb. Ötən ilin həmin dövründə gəlirləri yaşayış minimumundan aşağı olan rusiyalıların sayı isə 19,8 milyon nəfər olub.

«Rosstat»ın xəbərində qeyd olunur ki, cari ilin birinci rübündə kasıblıq səaiyyəsinin əhəmiyyətli dərəcədə artması əsasən, ölkədə tüğyan edən yüksək inflyasiya fonunda yaşayış minimumu məbləğinin yuksəlməsi səbəbindən baş verib.

Rusiyada yaşayış minimumu məbləği 2015-ci ilin birinci rübündə adambaşına artaraq, aylıq 9662 rubla çatıb ki, ötən ilin müvafiq dövründə bu rəqəm 7688 rubl təşkil edib. Əmək qabiliyyətli əhali üçün isə həmin rəqəm bu il 10404 rubl, təqaüdçülər üçün 7916 rubl, uşaqlar üçün isə 9489 rubl olub.

Bu zaman 2014-cü ilin dördüncü rübü ilə müqayisədə yaşayış minimumu məbləği əhalinin bütün təbəqələri üçün 17,3 faiz yüksəlib.

Əhalinin adambaşına orta gəlirləri bu ilin birinci rübündə 25210,0 rub təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,0 faiz çox, 2014-cü ilin dördüncü rübü ilə müqayisədə isə 23,7 faiz azdır.

Hesabatda qeyd olunur ki, 2015-2016-cı illər üçün büdcə vəsaitlərinin məhdud olması səbəbindən, əhalinin kasıb və həssas təbəqələrinin müdafiəsi istiqamətində görülən tədbirlərin effektliliyi 2008-2009-cu illərlə müqayisədə xeyli aşağı olacaq. Belə ki, 2015-ci ildə əmək haqqının ideksləşdirilməsi həyata keçirilməyəcək, təqaüdlər və digər transferlər isə real ifadədə azalacaq. Çünki indeksləşdirmə 2014-cü ilin inflyasiya həddinə hesablanır ki, bunun da səviyyəsi 2015-ci il üçün proqnoz edilər artımdan xeyli aşağı olub.

Bundan əvvəl maliyyə naziri Anton Siluanov hökumətin iclasında demişdi ki, sərt qənaətdən qaçmaq mümkün olmayacaq: «Birinci rübdə büdcə ümumi daxili məhsulun (ÜDM) 4,2 faizi həddində kəsirlə icra olunub ki, bu da gəlirlərin ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜMD-in 1,7 faizi həddində azalması ilə bağlıdır...».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol