Menu

Klinton ABŞ-ı Rusiya, İran və İŞİD təhdidlərindən qorumağa söz verir

14.06.2015, 00:12
Klinton ABŞ-ı Rusiya, İran və İŞİD təhdidlərindən qorumağa söz verir

ABŞ prezidentliyinə namizəd, sabiq dövlət katibi Hillari Klinton ölkəni “ənənəvi təhdidlərdən” qorumaq üçün lazım olan hər şeyi edəcəyini vəd edib.

Musavat.com xarici qaynağa istinadən verdiyi xəbərə görə, Klinton bununla bağlı bildirib: “Dünyada heç bir başqa ölkə XXI əsrdə çiçəklənmək üçün belə yaxşı vəziyyətdə deyil. Heç bir başqa ölkə Rusiya, Şimali Koreya və İran tipli ənənəvi təhdidləri qarşılamaq və Çin timsallı böyüyən qüvvə ilə hesablaşmaq üçün bunca yaxşı komplektləşdirilməyib. Heç bir başqa ölkə artan kiberhücumlara və transmilli terror şəbəkəsi İŞİD-in təhdidlərinə cavab vermək üçün hazır deyil” – deyib Klinton.

“Sizin prezident kimi mən Amerikanın təhlükəsizliyi üçün hər şeyi edəcəyəm” - əlavə edib sabiq dövlət katibi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol