ABŞ-ın başçılıq elədiyi antiterror koalisiyası İŞİD ekstremist qruplaşmasının internetdə apardığı təbliğata qarşı effektli ola bilmir. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin bu gün “Ne York Times” qəzetində dərc olunmuş daxili sənədləri təsdiq edir.
Belə ki, nəşrin jurnalistlərinin əlinə dövlət katibinin açıq diplomatiya məsələləri və ictimaiyyətlə əlaqələr üzrə müavini Riçard Stengelin bu ayın əvvəlində Parisdə İŞİD-ə qarşı iştirakçı ölkələrin müşavirəsindən sonra hazırladığı xidməti yazışma düşüb. Orada Stengel öz rəisini – dövlət katibi Con Kerriyə məlumat verir ki, “koalisiya daxili və xarici kommunikasiyanı yaxşı saxlamağa müvəffəq ola bilmir”.
“Xarici kommunikasiyadan danışsaq, o zaman bizim hadisələrə baxış nöqteyi-nəzərdən İŞİD-ə uduzuruq” – qeyd edib dövlət katibinin müavini. Rəsminin sözlərinə görə, koalisiyanın digər iştirakçıları vəziyyəti düzəltməyə çalışmırlar.


Şərhlər