Menu

Zimbabve Dolları tədavüldən çıxır

15.06.2015, 12:12
Zimbabve Dolları tədavüldən çıxır

Hiper inflyasiyanın bir həyat tərzinə çevrildiyi Zimbabvedə mərkəzi bank Zimbabve Dollarını dövriyyədən çıxartmaq qərarı verib.

İllik inflyasiyanın 3 milyard faizdən çox olduğu ölkədə 1 Amerika Dolları 35 kvadrilyon Zimbabve Dollarına bərabər gəlir.

Yəni 35 rəqəminin arxasında düz 15 sıfır var. Bu rəqəmlərə alışmaq məcburiyyətində qalan Zimbabve xalqı 2008-dən bəri hiperinflyasiya ilə yaşamağa çalışır.

Lakin astronomik rəqəmlər ilə əlaqədar hərəkətə keçən hökumət 2009-da dövriyyəyə yeni Zimbabve Dollarını buraxdı. Əskinasları dövriyyədən qaldırmaq qərarı isə bu günlərdə verildi. Bu bazar ertəsindən etibarən Mərkəzi Banka gətirilən hər 175 kvadrilyon Zimbabve Dolları qarşılığında 5 ABŞ Dolları alınacaq. Ölkə iqtisadiyyatında 2009-dan bəri həm ABŞ Dolları, həm də Cənubi Afrika Randı istifadə edilir.

2008-ci ildə qlobal maliyyə böhranın ardından bir çox mütəxəssis Zimbabveni nümunə göstərərək mərkəzi banklarının monetar genişlənmə proqramlarına qarşı çıxıb. /"marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol