Menu

Mariya Stadnik finala vəsiqə qazanıb

15.06.2015, 13:12
Mariya Stadnik finala vəsiqə qazanıb

Azərbaycanın qadınlardan ibarət güləş üzrə yığmasının lideri Mariya Stadnik finala vəsiqə qazanıb. "Apasport”un verdiyi məlumata görə, təsnifat mərhələsindən azad olan dünya və dördqat Avropa çempionu mübarizəyə 1/8 finaldan başlayıb.

Stadnikin ilk görüşdə portuqaliyalı Liliana Kosta Dos Santosla güləşib. İdmançımız rəqibinə böyük hesabla qalib gəlib - 12:2. Olimpiya mükafatçımız 1/4 finalda fransalı Julye Sabatyedən də üstün olub. Mariya bu dəfə döyüşü 11:0 hesabı ilə xeyrinə bitirib.

Təmsilçimiz finala gedən yolda İvona Matkovska (Polşa) ilə gücünü sınayıb. Stadnik bu döyüşdən də qalib ayrılıb - 8:2.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol