Menu

Üsyankar diplomat vəzifəsindən geri çağırıldı

15.06.2015, 16:02
Üsyankar diplomat vəzifəsindən geri çağırıldı

Arif Məmmədov təşkilatın diplomatı statusundan məhrum edilib

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı səfiri Arif Məmmədov vəzifəsindən geri çağırılıb.

Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, A. Məmmədov İƏT-in diplomatı statusundan məhrum edilib və təşkilat sıralarından qovulub.

Qeyd edək ki, A. Məmmədov 2013-cü ildə bu vəzifəyə təyin olunmuşdu. Daha əvvəl isə o, Azərbaycanın Brüsseldəki səfiri və Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri vəzifələrində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol