Tbilisinin Baqebi ərazisində baş vermiş sürüşmə nəticəsində Vere çayının qarşısı kəsilib ki, bu da şəhərdə təkrar daşqın riskini artırır.
Bu barədə Trend "Rustavi-2" telekanalına istinadən məlumat verir.
Hazırda mütəxəssislər tərəfindən Tbilisidə təkrar daşqının qarşısını almaq istiqamətində işlər görülür. Problemin həll edilməsi üçün 2 variant nəzərdən keçirilir: bərk kütlənin partladılması və ya xüsusi texnika vasitəsilə çayın məcrasının təmizlənməsi.


Şərhlər