ABŞ kürdlərə dəstək oldu və Təl Abyad geri qaytarıldı.
Türkiyənin cənubunda yerləşən Şanlıurfanın Akçakale rayonu ilə sərhəd olan Suriyanın Təl Abyad şəhəri İŞİD-dən təmizlənib. Anspress-in məlumatına görə, kürdlərin YPG özünümüdafiə dəstəsi şəhəri tamamilə nəzarətləri altına aldıqlarını bildiriblər. Bu barədə YPK komandiri Hüseyin Koçer xəbər verib.
“Təl Abyadın bütün hissəsi bir neçə saat əvvəl nəzarət altımıza keçdi. Hazırda şəhərdə axtarışlara başlanılıb. Mina və bombaları zərərsizləşdirməyə çalışırıq. Şəhərdə mülki insanlar da var. Onların bu tələlərə düşərək ölmələrinə icazə verə bilmərik”, – deyə YPG komandiri bildirib.
Bundan başqa, şəhərin kürdlərin nəzarətinə keçməsində ABŞ koalisiyasının da rolunun olduğu vurğulanır. Bu barədə AFP xəbər yayıb.
Onu da qeyd edək ki, son iki həftədə bölgədə gedən döyüşlər səbəbilə on mindən çox suriyalı vətənini tərk edərək Türkiyəyə sığınıb.


Şərhlər