Menu

“Əl Qaidə”nin lideri məhv edildi

16.06.2015, 11:35
“Əl Qaidə”nin lideri məhv edildi

O, əvvəllər Üsamə bin Ladenin katibi olub.

“Ərəbistan yarımadasındakı Əl Qaidə”nin rəhbəri Nasir əl-Vahişinin Yəməndə ABŞ-ın pilotsuz uçan aparatına hücum zamanı öldürüldüyü ehtimal edilir, CNN mənbəyə istinadən xəbər verir.

Oxu.az İnterfaks-a istinadən xəbər verir ki, Vaşinqton hələlik əməliyyata aidiyyatını rəsmi olaraq təsdiq etməyib.

Nasir əl-Vahişi terror təşkilatında ikinci sima idi, əvvəllər Üsamə bin Ladenin katibi olub. “1 nömrəli terrorçu” 2011-ci ilin may ayında Abbotabad şəhərinin ətrafında Amerika xüsusi təyinatlılarının məxfi əməliyyatı nəticəsində məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol