AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, tanınmış müğənni Janna Friske uzun sürən xəstəlikdən sonra 41 yaşında vəfat edib. O, 2013-cü ildən baş-beyin xərçəngi ilə «döyüşürdü».
Janna Friske 8 iyun 1974-cü ildə Moskvada anadan olub.
Müğənni geniş tamaşaçı kütləsinə 1996-cı ildən tanış idi. O zaman Friske «Blestyaşe» qrupuna daxil olmuşdu. 2003-cü ildən Janna uğurla sola karyerasına başlamışdı.
Sonra artist «Noçnoy dozor», «Dnevnoy dozor» və «O çem qovoryat mujçinı» filmlərində çəkilib.
2013-cü ilin aprelində müğənninin «mülki əri» Dmitri Şepelevdən Platon adlı oğlu olub.


Şərhlər