Menu

Baykal məşhur gizli kasetdən danışdı: "Ərdoğanın əli var..."

16.06.2015, 15:22
Baykal məşhur gizli kasetdən danışdı: "Ərdoğanın əli var..."

CHP-nin sabiq başqanı, millət vəkili Dəniz Baykal Prezident Tayyib Ərdoğanla görüşündən danışıb. Axar.az xəbər verir ki, Türkiyə prezidenti ilə söhbətində Baykal illər əvvəlki gizli kaset qalmaqalından da söz açıb. CHP-nin eks-başqanı ona edilən haqsızlığa baxmayaraq, qəzəbini bir kənara qoyaraq, bu məsələni dövlət işindən ayırdığını vurğulayıb.

“Bunun hesabını hüquq və tarix verəcək. İndi bir dövlət işi ilə məşğuluq. Mən Ərdoğanla görüşdə öz qənaətimi söylədim. O zaman Ərdoğan baş nazir olanda səhhəti ilə əlaqədar xanımımla onu ziyarətə getdim. O da xanımı və qızı ilə bizi qarşıladı. Mən ora gedərkən də eyni qənaətdəydim ki, mənə qarşı qurulan tələdə Ərdoğanın əli var. Ancaq biz vəzifəmizi yerinə yetirdik. Dünyaya heç zaman intiqam hisslərinin, düşmənliklərin təsiri altında baxmıram”.

Xatırladaq ki, 2010-cu ildə Dəniz Baykala aid olduğu bildirilən intim görüntülü gizli kasetin yayılmasından sonra o, CHP başqanlığından istefa verərək, aktiv siyasətdən nisbətən uzaqlaşmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol