Menu

SOCAR Gürcüstanda zərər çəkənlərə yardım edib

16.06.2015, 16:25
SOCAR Gürcüstanda zərər çəkənlərə yardım edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə bağlı "SOCAR Energy Georgia" şirkəti iyunun 13-14-də Tbilisidə baş vermiş daşqının nəticələrinin aradan qaldırılması məqsədilə 50 min lari vəsait ayırıb.

SOCAR-dan verrilən məlumata görə, bu vəsait zərər çəkmiş paytaxt sakinlərinə yardım üçün ayrılıb.

Təbii fəlakət zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verən "SOCAR Energy Georgia" Tbilisi meriyasının əhalinin sosial problemlərinin həlli ilə məşğul olan xidmətini 10.000 litr yanacaqla təmin edib.

Qeyd edək ki, şirkət rəhbərliyi yardım tədbirlərinin digər variantlarını da nəzərdən keçirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol