Menu

Ağ Ev Mursiyə ölüm hökmü kəsilməsindən narahatdır

17.06.2015, 01:41
Ağ Ev Mursiyə ölüm hökmü kəsilməsindən narahatdır

BMT ilə yanaşı, Ağ Ev administrasiyası da Misir məhkəməsinin sabiq prezident Məhəmməd Mursi haqda ölüm hökmünü qüvvədə saxlamasından narahatlıq ifadə edən açıqlama yayıb.

Musavat.com xarici qaynağa istinadən xəbər verir ki, Vaşinqton hökmü “siyasi motivli” adlandırıb.

Az öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məhkəmə hökmünü “hüququn təhqir edilməsi” adlandırmış və beynəlxalq birliyi ölüm hökmünü ləğv eləmək üçün Misir hakimiyyətin təsir göstərməyə çağırmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol