Menu

Azərbaycan güləşçisi erməni rəqibini ¼ finalda məğlub etdi

17.06.2015, 12:55
Azərbaycan güləşçisi erməni rəqibini ¼ finalda məğlub etdi

Bu gün Bakı-2015 Avropa Oyunlarında sərbəst güləşçilərin mübarizəsinə start verilib.

Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə 4 çəki dərəcəsinin qalibləri bəlli olacaq.

Kişilər, sərbəstdə 57 kq çəkidə Azərbaycanı təmsil edən Yaşar Əliyev mübarizəyə 1/8 finaldan başlayıb. Avropa çempionatının bürünc medalçısı ilk qarşılaşmasında fransalı Zoheir El Ouarraqe ilə qarşılaşıb və rəqibini asanlıqla məğlub edib - 9:4. 1/4 finalda erməni Qarik Barsekyanla qarşılaşan Yaşar Əliyev 10:6 hesabı ilə qalib gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol