Türkiyənin Akcakala sərhəd məntəqəsindən Suriyaya 200-dək insan qayıdıb.Suriyanın Təl-Abyad şəhərindən Türkiyəyə keçən qaçqınlar bu günlərdə geri qayıtmağa başlayıblar.ANS PRESS-in məlumatına görə, kürd döyüşçüləri bu şəhəri İŞİD silahlılarının geri alıblar.
Bildirilir ki, iyunun 17-də Türkiyənin Akcakala sərhəd məntəqəsindən Suriyaya 200-dək kişi, qadın və uşaq qayıdıb.BMT-nin məlumatına görə, şəhər uğrunda gedən döyüşlərə görə, Türkiyəyə 23 minə yaxın qaçqın keçib.
Suriya insan hüquqları fəalları bildiriblər ki, iki gün əvvəl Dəməşq regionundakı Duma şəhərində hökumət qüvvələri ilə üsyançılar arasında gedən döyüşlərdə azı 33 adam həlak olub.


Şərhlər